Xorvatiya millisinin futbolçusu Domaqoy Vidada koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 31 yaşlı müdafiəçi infeksiyaya yoluxduğunu Tükiyə ilə yoldaşlıq matçının (3:3) fasiləsində öyrənib. Hadisə test nəticələri gec gəldiyi üçün baş verib.
Bu səbəbdən, təcrübəli oyunçu ikinci hissənin startında Filip Uremoviçlə əvəzlənib.
Qeyd edək ki, Domaqoy Vida Türkiyənin "Beşiktaş" klubunda çıxış edir.