"Qrizmannla Messinin mənim müşahidələrimə görə, əla münasibətləri var. Kim onların yola getmədiyini deyirsə, boş-boş danışır".
Fanat.Az xəbər verir ki, bunu hazırda "Sevilya"da oynayan sabiq "Barselona"lı - İvan Rakitiç deyib.
"Canal Sur"a açıqlama verən yarımmüdafiəçi əlavə edib: "Mən onların paltardəyişmə otağında söhbət etdiklərini, birlikdə mate içdiklərini görmüşəm. Meydandakı tandemləri daha uğurlu alınsaydı, bu gün heç kim münasibətlərinin pis olduğundan danışmazdı. İkisi də əla oğlanlardır. Hər hansı problem yaşadıqları inandırıcı deyil".
Qeyd edək ki, daha öncə Qrizmannın keçmiş məsləhətçisi Erik Otlas Messinin Antuanın uyğunlaşmasına əngəl yaratmaq üçün əlindən gələn hər şeyi etdiyini demişdi.
Fanat.Az