İsveçrənin 21 yaşadək futbolçulardan ibarət yığmasının futbolçusu Sedrik Tseziger Avropa çempionatının seçmə mərhələsində Azərbaycana 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışıb.
Fanat.Az xəbər verir ki, ö
lkəsinin "Yanq Boyz" klubunda çıxış edən müdafiəçi matçı qarşılıqlı hücumlar şəraitində keçən döyüş adlandırıb: "
"Qəbələ qazanmaq çox əyləncəlidir. İlk hissədə istədiyimiz qol epizodları yarada bilmədik. İkinci yarıda isə keyfiyyətimizi və rəqibdən daha yaxşı olduğumuzu göstərdik".
Qeyd edək ki, 9 oyundan 24 xal toplayan İsveçrə II qrupun lideridir. Azərbaycan millisi isə seçmə mərhələni 6 xalla 6 komanda arasında 5-ci yerdə başa vurub.