"Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov İkinci Qarabağ müharibəsində qazanılan qələbə ilə bağlı feysbuk səhifəsində paylaşım edib.
Fanat.Az-ın məlumatına görə, müharibənin iştirakçısı olmuş funksioner bu münasibətlə Azərbaycan xalqını təbrik edib.
"Böyük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə Ali Baş Komandan başda olmaqla xalqımızı təbrik edirəm. Bu qalibiyyətin əldə olunmasında qəhrəmanlıqla şəhid olan hər bir əsgər və zabitimizin ruhu qarşısında baş əyirəm. Şəhidlərimizin valideynlərinin əllərindən öpürəm. Tarixi zəfərin əldə olunmasında "hər şey cəbhə üçün" devizi altında birləşən və ölçüyəgəlməz ruh yüksəkliyi ilə ordumuzun yanında olan millətimizin hər bir övladı ilə fəxr edirəm.
Qalib Azərbaycan xalqına eşq olsun"!, - Fariz Nəcəfov yazıb.