"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin karyerasını Kiprdə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "protathlima.com" saytı məlumat yayıb.
Xəbərə görə, italiyalı mütəxəssis Limassol şəhərini təmsil edən "Apollon" klubundan təklif alıb.
Sofrinis Avqusti ilə yollarını ayıran "Apollon" rəhbərliyi Bordinlə danışıqlara başlamağa hazırlaşır. 2019-cu ildə də təcrübəli mütəxəssisin xidmətində maraqlı olmuş komanda bu dəfə onunla razılğa gəlməyə çalışacaq.
Qeyd edək ki, Roberto Bordin "Neftçi"yə 2018 - 2020-ci illərdə başçılıq edib. 2019/2020 mövsümünün sonunda "ağ-qaralar"dan ayrılan fransalı hücumçu Baqali Dabo isə hazırda "Apollon"da çıxış edir.