"Bavariya"nın müdafiəçisi Jerom Boatenq klubun onunla müqavilə yeniləmək istəməməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Süddeutsche Zeitung" 32 yaşlı arxa xətt oyunçusunun söylədiklərini belə çatdırıb:
"Mənə heç kim heç nə deməyib. Yeni anlaşma təklifi almamışam. Açığı, təəccübləndim. Baş məşqçinin və komanda yoldaşlarımın məni lazımlı futbolçu saydığını düşünürəm. Hərçənd bu günə qədər klubdan mənimlə danışan olmayıb.Sonrasını görəcəyik".
Qeyd edək ki, 2011-ci ildən "Bavariya"da çıxış edən Boatenqin xidmətində 3 London təmsilçisi - "Tottenhem", "Arsenal" və "Çelsi" maraqlıdır.
Fanat.Az