Dortmund “Borussiya”sının hücumçusu Robert Levandovski “Real”a keçməyib. Apasport.az saytının məlumatına görə, polşalı futbolçu “Kral klubu”nun təklifini rədd edib.
“Real” Levandovski üçün Dortmund təmsilçisinə 30 milyon avro ödəməyə hazır olub. Lakin madridlilər 24 yaşlı forvardla razılaşa bilməyiblər.
Qeyd edək ki, Robertə “Mançester Yunayted” və “Bavariya” da yaxından maraq göstərir.
İdman24.az