"Derbi Kaunti"nin oynayan məşqçisi Ueyn Runiyə yeni vəzifə həvalə olunub.
Fanat.Az "Express"ə istinadən xəbər verir ki, o, bu gün postundan gedən baş məşqçi Filipp Kokunun səlahiyyətlərini icra edəcək. Şrek ləqəbli forvard komandanı "Bristol Siti"ilə çempionat matçına çıxaracaq. Mənbənin iddiasına görə, Runi məşqçilər korpusunda əsas söz sahibi olmağa da ən real namizəddir.
Qeyd edək ki, Koku 2019-cu ilin yayında "Derbi Kaunti"yə baş məşqçi təyin edilmişdi. Hazırda sözügedən kollektiv Çempionşipin turnir cədvəlində sonuncu pillədədir.
Fanat.Az