"Çelsi"nin sabiq kapitanı - "Aston Villa"nın məşqçisi Con Terri "Derbi Kainti"ni çalışdıra bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbə tərəflərin danışıq apardığını, Çempionşipdə son pillədə olan "qoçlar"ın "sükan"ının Terriyə tapşırılmaq ehtimalının yüksək olduğunu vurğulayıb.
Qeyd edək ki, Filipp Koku noyabrın 14-də "Derbi Kaunti"nin baş məşqçi postunu tərk edib. Onu müvəqqəti olaraq komandanın oynayan məşqçisi Ueyn Runi əvəzləyir.
Fanat.Az