"Liverpul" heyətindəki ciddi zədələrə baxmayaraq qış transfer pəncərəsində oyunçu transfer etməyə bilər.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, mersisaydlılar hazırda yay "bazarlığ"ı haqda düşünür. Qərarı baş məşqçi Yürgen Klopp və klub rəhbərliyi birlikdə verib.
Xatırladaq ki, "Liverpul" zədə üzündən Trent Aleksander-Arnold, Tyaqo Alkantara, Aleks Oksleyd-Çemberlen, Vircil van Deyk, Cozef Qomes, Endryu Robertson və Cordan Hendersonun xidmətindən istifadə edə bilmir. Məhəmməd Salah isə koronavirusa yoluxduğu üçün vətəni Misirdə təcrid olunub.
Fanat.Az