Uruqvay millisinin və "Atletiko"nun (Madrid) futbolçusu Luis Suares koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, testinin nəticəsi müsbət çıxan 33 yaşlı hücumçu millisinin qarşıdakı görüşlərini buraxmalı olacaq.
Qeyd edək ki, Uruqvay yığması noyabrın 18-də Braziliya ilə dünya çempionatının seçmə oyununda üz-üzə gələcək. Noyabrın 21-də isə "Atletiko" İspaniya La Liqasının X tur matçında "Barselona" ilə görüşəcək.