Robert Levandovski "World Football Summit"in və AS nəşrinin versiyasına görə 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, Polşa millisinin və "Bavariya"nın hücumçusu səsvermədə həmklubu Yozua Kimmixi və "Barselona"nın superulduzu Lionel Messini qabaqlayıb.
2019/20 mövsümündə çıxdığı 47 oyunda 55 qol və 10 məhsuldar ötürmə ilə yadda qalan Levandovski carei "futbol ili"nə də əla start verib. O, 11 görüşdə 13 dəfə rəqib qapıçıları cəzalandırıbsa, 5 qola da assistentlik edib.
Fanat.Az