Tanınmış kanadalı aktyor Rayan Reynolds özünə futbol klubu alıb.
Fanat.Az xəbər verir ki, bu barədə o, şəxsi tvitter hesabında məlumat yayıb.
Məşhur "Deadpool" filminin baş rol ifaçısı İngiltərənin 5-ci divizionunda mübarizə aparan "Reksem" klubunu alıb.
Reynolds həmkarı, "Filadelfiya hər zaman günəşlidir" serialından tanınan Rob Makelhenni ilə birlikdə aşağı liqa təmsilçisinin səhmlərinə sahib çıxıb.
Aktyorlar noyabrın əvvəlində komandanın azarkeşləri ilə görüşərək öz ideyalarını onlara çatdırıblar. Nəticədə fanatların 95 faizi bu iki şəxsin namizədliyini dəstəkləyib.
Qeyd edək ki, Rayan Reynolds və Rob Makelhenni kluba 2 milyon funt sterlinq vəsait ayırmaq istəyir. Onların əsas məqsədi ev oyunlarının keçirildiyi stadionu müasirləşdirmək və komandanı yuxarı liqaya çıxarmaqdır.