"Real”ın prezidenti Florentino Peres 34 yaşlı kapitanın - Serxio Ramosun klubdan ayrılmasına mane olmayacaq.
Fanat.Az "El Chiringuito TV"yə istinadən xəbər verir ki, klub başqanı müdafiəçi ilə 1 illik yeni müqavilə imzalamaq üçün danışıqlar getdiyini açıqlayıb. Lakin Peres futbolçu başqa kluba keçmək istəyəcəyi halda, ona mane olmayacağını bildirib.
İspan oyunçu ilə PSJ, "Yuventus”, "Mançester Yunayted” və "Mançester Sit” maraqlanır.
Madridlilərlə olan anlaşmasının müddəti 2021-ci ilin yayında başa çatacaq Ramos "Real”ın heyətində bu mövsüm 10 matça çıxaraq, 3 qol vurub və 1 qolun ötürməsini verib.
Fanat.Az