Bu gün baş tutacaq Lüksemburq - Azərbaycan oyununda stadionun üzərində dron uçurulacağı halda, vurulacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "sputnik.az" yayıb.
Bu, ötən ilin oktyabrında keçirilən "Düdelanj" - "Qarabağ" matçında baş verən erməni təxribatı ilə əlaqədardır. Həmin vaxt "Joze Bartel" stadionu üzərində qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını daşıyan pilotsuz uçuş aparatından istifadə edilmişdi.
Bu dəfə Azərbaycan yığmasının təhlükəsizliyi ilə bağlı daha sayıq tədbirlər həyata keçirməyin vacibliyini anlayan Lüksemburq dronları xüsusi lazer vasitəsi ilə anında zərəsizləşdirməyi də planlaşdırıb.
Fanat.Az