UEFA Millətlər Liqasının VI turunun Lüksemburqla qarşılaşan Azərbaycan millisi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, komandanın müdafiəçisi Bədavi Hüseynov 42-ci dəqiqədə zədə alıb. Əzələsi dartılan arxa xətt oyunçusu Şəhriyar Əliyevlə əvəzlənib. Bununla da Şəhriyar Əliyev millidə debüt edib.
Qeyd edək ki, Lüksemburq - Azərbaycan oyununun ilk yarısı 0:0 hesabı ilə başa çatıb.