Mario Balotelli Çempionşipdə mübarizə aparan "Barnsli"yə keçməkdən imtina edib.
Fanat.Az "The Sun"a (San) istinadən xəbər verir ki, azad agent statusu daşıyan 30 yaşlı forvard sözügedən İngiltərə klubu ilə danışıq aparsa da, fikrindən vaz keçib.
Agenti Marionun xidmətini bu kluba özü təklif etsə də, hücumçu sonradan çempionatın onun üçün maraqsız olduğunu söyləyərək danışıqları dayandırıb.
Ötən mövsümün gedişində "Breşia"nı tərk edən Balotelli hazırda D Seriyası təmsilçilərindən olan "Françiakorta" ilə məşq edir.
Fanat.Az