PSJ gələn ilin yanvarında "İnter"in 28 yaşlı yarımmüdafiəçisi Kristian Erikseni heyətə qatmaqda qərarlıdır.
Fanat.Az xəbər verir ki, bunu "Twitter"də tanınmış italiyalı jurnalist Nikolo Skira yazıb.
O, Paris təmsilçisinin idman direktoru Leonardonun danimarkalı oyunçunun agenti ilə danışıqları davam etdirdiyini açıqlayıb. Skira Milan təmsilçisinin Erikseni 25-30 milyon avroya sata biləcəyini vurğulayıb. Yaydığı xəbərlərin çoxu zamanla təsdiqini tapan insayder PSJ-nin qarşı tərəfə Leandro Paredes və İdrissa Qeye kimi yarımmüdafiəçilərdən birini verməyə hazır olduğunu da bildirib.
Eriksen "İnter"ə 2020-ci ilin yanvarında "Tottenhem"dən transfer olunub. Milan klubu sözügedən futbolçunun keçidinə 27 milyon avro xərcləyib.
Fanat.Az