Alman qapıçı Mark-Andre ter Ştegen "Barselona"nın vurduğu qollara qatqısından danışıb.
Fanat.Az xəbər verir ki, qolkiper "Barca TV"yə bunları deyib:
"Meydanın özümüzə aid hissəsindən gələn ötürmələrdən sonra vurulan qollardan zövq alıram. Son mövsümlərə baxanda görürəm ki, komandaya yaxşı imkanlar yarada bilirəm. Qapıçı dəqiq ötürmələr verirsə, rəqibin təzyiqini də azaltmış olur. Hamımız öz potensialımızı tam açmaq, "artırmaq" istəyirik. Hər mövsüm nəyisə yaxşıya doğru dəyişə bildiyimi hiss edirəm. Bu, mənə zövq verir".
Daha öncə Mönhenqladbax "Borussiya"sının şərəfini qoruyan Ter Ştegen 2014-cü ildən "Barselona"dadır.
Fanat.Az