16:02 21.11.2020 928

"Neftçi"nin prezidenti "Qarabağ"a məğlubiyyəti faciə adlandırdı

"Məncə, "Qarabağ"a 0:6 hesablı məğlubiyyətə faciədən başqa ad qoymaq, don geyindirmək mümkün deyil. Bu nəticəni heç birimiz gözləmiridik".

Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev klub televiziyasında yayımlanan "Həmsöhbət" verilişində qonaq olarkən deyib.

"Ağ-qaralar"ın əvvəlki baş məşqçisi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanovun istefası barədə danışan funksioner hər iki şəxsin komandanın tarixində iz qoyduğunu bildirib: "Bu insanlarla klubda yaxşı işlər görmüşdük. Hər ikisinə təşəkkürümü bildirirəm. Onları saxlamaq üçün cəhdlərim oldu. Amma fikirlərində qəti idilər. Bu cür vidalaşmağı istəməzdik. Amma belə oldu. "Neftçi"nin daşı çox ağırdır".

İşlədiyi klublarda hər zaman idman direktoru və baş məşqçinin arxasında dayandığını söyləyən Quliyev tez-tez dəyişiklik tərəfdarı olmadığını vurğulayıb: "Hər insana vaxt vermək lazımdır. Aramızdakı söhbətləri burada açıqlamaq istəmirəm. Amma şəxsi problemlər heç vaxt olmayıb. Onlar klubda sabitliyi təmin edən şəxslərdən idilər. Sultanov burada çox iş görüb. Əlaqələrimiz davam edir, lazım olanda məsləhət alacağıq. Hər ikisi yaxşı mütəxəssisdir. Onları gələcəkdə uğurlar gözləyir, "Neftçi"də iz qoyan insanlardır".

Samir Abasovun təyinatına da toxunan klub prezidenti seçimlərini bu cür izah edib: "Neftçi" kimi kluba baş məşqçi təyinatı bir anın işi deyil. Elə vaxtdayıq ki, bu yer boş qalsaydı, qeyri-sabitlik davam edə bilərdi. Müşahidə Şurasının növbədənkənar iclasında bir çox namizədin adı təklif olunmuşdu. Sonda Samir Abasovun baş məşqçi olması məsləhət bilindi. Onunla "Sumqayıt"da da bir yerdə işləmişik. 2015-ci ildən əsas komandanın baş məşqçisi təyin olundu. İnanmaq istəyirik ki, Azərbaycanın ən böyük klubu ilə Samir Abasovun futbola baxışı, oyun planları üst-üstə düşəcək. Onun oyun dəsti-xəttini nəzərə alaraq, Abasovun təyinatı təsdiqləndi. Bu iş Samir Abasova təklif olunanda çəkinmədən və qürurla qəbul etdi. Çünki "Neftçi" ən böyük klubdur. Belə bir komandanın sükanı arxasında olmaq qürurvericidir.

Quliyev yeni baş məşqçinin qarşısına qoyulan hədəfləri açıqlayıb: "Onunla gələn mövsümün sonunadək müqavilə imzalanıb. Normal heyətimiz var. Samir Abasovun gəlişi bizə çempionluq mübarizəsinə qoşulmağa imkan verir. Böyük hədəflərimiz var. Hər şeyi baş məşqçinin üzərinə atmaq, ondan möcüzə istəmirəm. Hamımız yumruq kimi işləsək, hədəflərə çatmaq olar. Azarkeşlər titul, qələbə, baxımlı futbol istəyir. Abasovun bunları etmək üçün qabiliyyəti var. Futbolçu kimi "Neftçi"də titul qazanıb. Baş məşqçi kimi niyə qazanmasın?! Potensialımız qızıl medal və kubok götürməyə imkan verir. Biz autsayder deyilik".

Qeyd edək ki, "Neftçi" "Qarabağ"a 0:6 hesablı məğlubiyyətlə Azərbaycan Premyer Liqasının IX turunda üzləşib. Baş məşqçi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanov həmin qarşılaşmadan sonra istefa veriblər.
 
Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
19:08

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ" "Kəpəz"ə qarşı -YENİLƏNİR

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X