"Qəbələ"dən ayrılan futbolçu İvitsa Juniçin yeni komandası bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə 32 yaşlı müdafiəçi "facebook" səhifəsində məlumat yayıb.
Xorvatiyalı oyunçu Rumıniyanın ÇFR (Kluj) klubu ilə müqavilə imzalayıb. Ancaq sözləşməsinin müddəti və detalları açıqlanmayıb.
Qeyd edək ki, İvitsa Juniç "Qəbələ"də 2019/2020 mövsümündə oynayıb.
Fanat.Az