"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin karyerasını İtaliya B Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki,
"Askoli" komandası onun xidmətində maraqlıdır.
"Tuttomercatoweb"in yaydığı məlumata görə, Marke təmsilçisi 55 yaşlı mütəxəssislə yanaşı Federiko Koppitelli və Massimo Rastellinin təyinatını nəzərdən keçirir.
Qeyd edək ki, Roberto Bordin 2018-ci ildən bu ilin əvvəlinə qədər "Neftçi"də işləyib. O, 2018/2019 mövsümündə Azərbaycan çempionatında gümüş medal qazanıb.
Fanat.Az