"Çelsi"nin hücumçusu Olivye Jiru karyerasını "İnter"də davam etdirməyə çox yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış italiyalı insayder Nikolo Skira "Twitter" hesabından yayıb.
O, milanlıların Jiru ilə gələn ilin yanvarında rəsmi müqavilə bağlamağı planlaşdırdığını açıqlayıb. Fransız forvardın "İnter"in baş məşqçisi Antonio Kontenin təşəbbüsü ilə transfer ediləcəyi bildirilib.
Qeyd edək ki, bu ilin yanvarında Jirunun sözügedən kluba keçidi son anda baş tutmamışdı. Həmin vaxt Kristian Erikseni "Tottenhem"dən istədiyindən baha qiymətə almaq məcburiyyətində qalan "qara-göylər" yarımmüdafiəçi Matias Vesinoya da uyğun müştəri tapa bilmədiyindən geri çəkilmişdi.
Fanat.Az