"Ali Baş Komandana, Ordumuza, əsgərlərimizə təşəkkür edirəm. Gözəl günləri xalqa sevinc bəxş etdiyinə görə həmin insanlara minnətdarıq. Şəhidlərə rəhmət diləyirəm, qazilərə işə şəfa arzulayıram".
Fanat.Az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2020/2021 mövsümündə Azərbaycan Kubokunun püşkatma mərasimində deyib.
PFL rəhbəri bildirib ki, ötən mövsüm koronavirusa görə ölkə kubokunun finalı baş tutmayıb: "Arzu edək ki, bu il yarışı başa vurmaq nəsib olsun. Açıqlama vermişdim ki, ölkə rəhbərliyi icazə versə, ölkə kubokunun finalını Qarabağda keçirərik. Stadion hazır olarsa, böyük fəxrlə finalı Qarabağda edərik. Əgər hazır olmasa, azarkeşlərin istəyinə uyğun yer seçərik".
Musayev kubokun reqlamentində dəyişiklik edilmədiyini sözlərinə əlavə edib. (Report.az)
Fanat.Az