Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Kubokunun 2020/2021-ci illər mövsümünün püşkü atılıb.
Fanat.Az xəbər verir ki, "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanan, COVİD-19 pandemiyası səbəbindən klub və KİV nümayəndələri üçün qapalı olan mərasimdə PFL prezidenti Ramin Musayev, Mətbuat və İctimaiyyətlərlə Əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev, Texniki-İdman şöbəsinin rəisi Elgiz Abbasov və "Neftçi-2” komandasının baş məşqçisi Mahmud Qurbanov iştirak ediblər.