"Barselona" zədəli Jerar Pikeni əvəzləyəcək futbolçu axtarışlarını davam etdirir.
Fanat.Az "El Chiringuito TV"yə istinadən xəbər verir ki, iyul ayının 1-də "Valensiya" ilə olan müqaviləsinin müddəti başa çatan və azad agentə çevrilən Ezekyel Qarayı heyətə qatmaq istəyən Kataloniya klubunun rəsmiləri başqa məşhur futbolçuyla da əlaqə saxlayıb.
"Barsa" 2010-2018-ci illərdə sözügedən İspaniya nəhənginin formasını geyinmiş Xavyer Maskeranonu yeni anlaşmaya səsləsə də, argentinalı təklifdən imtina edib.
Qeyd edək ki, son klubu "Estudiantes" olan Xavyer bir həftə öncə karyerasını bitirdiyini açıqlayıb.
Fanat.Az