Mayk Tayson ürəktutmasından dünyasını dəyişən Dieqo Maradonanın ölümünə reaksiya verib.
Fanat.Az-ın məlumatına görə əfsanəvi boksçu 60 yaşında həyatla vidalaşan superveteranı qucağında tutduğu fotonu "Twitter"də paylaşıb və belə yazıb:
"Tanrının əli" bizi tərk etdi. 1986-cı ildə ikimiz də çempion olmuşduq. Bizi müqayisə etməyi sevirdilər. O, mənim dostum və qəhramanlarımdan biri idi. Maradonaya böyük hörmət bəsləyirdim. Yeri həmişə görünəcək".
Fanat.Az