Avrokuboklarda qrup mərhələsinin IV turunun oyunlarından sonra klubların yeni UEFA reytinqi açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Avropanın ən yaxşı 100 komandası cədvəlində müəyyən dəyişikliklər olub. Siyahıda yer alan yeganə təmsilçimiz "Qarabağ" 21,000 xalla 65-ci yerə şərikdir.
Qeyd edək ki, "Qarabağ" ötən gecə "Sivasspor”a 2:3 hesabı ilə uduzub.
Xatırladaq ki, reytinq cədvəlinə 124,000 xalla "Bavariya” başçılıq edir.
Fanat.Az