Məşhur türk məşqçi Yılmaz Vural növbəti dəfə koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb.
Xəbərə görə, xəstəxanaya yerləşdirilən 67 yaşlı mütəxəssis hazırda reanimasiyadadır.
Qeyd edək ki, Yılmaz Vuralın koronavirus testi iyul ayında da müsbət çıxmışdı.
Fanat.Az