"Qalatasaray" klubunda prezident seçkiləri təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi tvitter hesabı məlumat yayıb.
Buna dərnəklərin İdarə Heyətinin qurulması səbəb göstərilib. Seçki 2021-ci il fevralın 28-də gerçəkləşəcək.
Qeyd edək ki, daha əvvəl prezident seçkilərinin bu ilin dekabrında keçirilməsi nəzərdə tutulmuşdu.
Fanat.Az