"Beşiktaş"ın futbolçusu Aydin Hasiç koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Testinin cavabı müsbət çıxan 19 yaşlı hücumçu dərhal karantinə alınıb.
Qeyd edək ki, Hasiçin Türkiyə Superliqasında "Fənərbaxça" ilə matçı buraxacağı bildirilib.
Fanat.Az