19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 21-dən 23-dək Bakıda, iyunun 23-dən iyulun 1-dək isə Avstriyada təlim-məşq toplanışında olacaq. Azerisport.az xəbər verir ki, millimiz Avstriyanın 3 klubunun əvəzedici heyəti ilə yoldaşlıq oyunu keçirəcək.
Arif Əsədovun başçılıq etdiyi komandamız iyunun 26-da "Kapfenberq", iki gün sonra "Admira" ilə üz-üzə gələcək. Son oyun isə ayın 30-da "Şturm"la baş tutacaq.
İdman24.az