"Liverpul" rəhbərliyi gələn ilin yanvarında Xerdan Şakiri ilə vidalaşmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Besoccer" yayıb.
Yarımmüdafiəçinin baş məşqçi Yürgen Kloppun gələcək planlarına daxil olmadığını bildirən mənbə oyunçunun satılacağını vurğulayıb.
Daha öncə "Roma"nın Şakirini icarəyə götürmək istədiyi, lakin "qırmızılar"ın təklifi geri çevirərək qarşı tərəfə onu yalnız satmaqda maraqlı olduqlarını açıqladığı barədə məlumat yayılmışdı.
Qeyd edək ki, 29 yaşlı isveçrəlinin "Liverpul"la olan müqaviləsinin müddəti 2023-cü ilin 30 iyun tarixinə qədərdir.
Fanat.Az