Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son matçında "Qəbələ" Sumqayıtda şəhərin eyniadlı komandasına 1:0 hesabı ilə qalib gəlib.
Qonaqlara qələbə qazandıran qola 16-cı dəqiqədə braziliyalı yarımmüdafiəçi Rafael Utriq imza atıb.
Bu nəticədən sonra 11-ci xalını qazanan əyalət təmsilçisi 2 pillə irəliləyərək 6-cı sıraya yüksəlib. Ardıcıl 3-cü oyunda məğlubiyyətlə üzləşən "Sumqayıt" isə 15 xalla 4-cüdür.
Azərbaycan Premyer Liqası, XI tur
30 noyabr (bazar ertəsi)
16:00. "Sumqayıt" - "Qəbələ" 0:1
Qol: Utriq, 16
"Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 5. Camaləddin Xocaniyazov, 21. Adəm Həmati, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 27. İsmayıl Babayev, 35. Eldost Qiyasbəyli, 29. Sərvin İsmayılov
"Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 6. Kamal Mirzəyev, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Kapital Bank Arena"
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Zirə" ilə 0:0, "Keşlə" "Sabah"la və "Səbail" "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.
Fanat.Az