Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindən olan "Makkabi” İsrail çempionatında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Təl-Əviv təmsilçisi VIII turun oyunları çərçivəsində doğma meydanda "Hapoel” (Kfar Saba) ilə qarşılaşıb.
Görüş "Makkabi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ardıcıl üçüncü qələbəsini qazanan "Makkabi” bu nəticədən sonra 12 xalla 14 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, "Qarabağ” Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz "Makkabi” ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də baş tutacaq.
Fanat.Az