Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindən olan "Vilyarreal” İspaniya La Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komanda XI turun oyunları çərçivəsində səfərdə lider "Real Sosyedad”la qarşılaşıb.
Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar - 1:1.
Qeyd edək ki, bu heç-heçədən sonra xallarının sayını 19-a çatdıran "Vilyarreal” 3-cü sırada qərarlaşıb.
Fanat.Az