"Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik. Qələbə Avropa Liqasının qrup mərhələsində İspaniya "Vilyarreal"ı görüşdəki 1:1 hesablı heç-heçədən daha vacib idi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Makkabi" (Təl-Əviv) komandasının futbolçusu Yonaten Kohen İsrail çempionatının VIII turunda Kfar-Saba "Hapoel”inə (3:0) qarşı oyundan sonra deyib.
"One" nəşrinə danışan 24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri oyuna da toxunub: "Bu, bizim əsas oyunumuz olacaq. Qələbə sayəsində xalımızı 10-a çatdıraraq növbəti mərhələ şansımızı artıracağıq. Bu, bir çox oyunçumuz üçün böyük an ola bilər. "Qarabağ"la görüşdəki qələbə işin gözəl tərəfi olacaq".
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək "Qarabağ” – "Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Fanat.Az