Həkimi Leopoldo Luke əfsanəvi futbolçu Dieqo Maradonanın müalicəsində tibbi səhv ehtimalını inkar edib.
Fanat.Az xəbər verir ki, bu barədə o, "Pagina12" nəşrinə danışıb.
Luke Maradonanın xilası üçün mümkün olan hər şeyi etdiyini, heç bir tibbi yanlışlığının olmadığını söyləyib: "Maradonada gözlənilməz bir şey oldu: infarkt. Həkimlər bunun qarşısını almaq üçün hər şeyi etdilər. Bütün dünyadakı xəstələr bundan ölür".
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.
Fanat.Az