"Barselona"nın 20 yaşlı müdafiəçisi Jan-Kler Todibo gələn ilin yanvarında icarə əsasında çıxış etdiyi "Benfika"dan geri qayıtmağa yaxındır.
Fanat.Az "O Jogo"ya istinadən xəbər verir ki, zədə üzündən Portuqaliya klubunun əsas heyətində möhkəmlənə bilməyən Todibo baş məşqçi Jorje Jezuşun gələcək planlarına daxil deyil.
Sözügedən futbolçu "Barselona"ya 2019-cu ilin yanvarında "Tuluza"dan transfer olunub. Kataloniya klubu gənc arxa xətt oyunçusuna görə fransızlara 1 milyon avro ödəyib. Todibonun İspaniya təmsilçisi ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir.
Fanat.Az