Milan "İnter"inin yarımmüdafiəçisi Kristian Eriksen iş yerini dəyişmək fikrindədir.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, o, komandadakı durumundan narazıdır. Futbolçu artıq baş məşqçi Antonio Konte ilə bu barədə danışıb və gələn ay başqa kluba keçmək istəyini dilə gətirib.
Eriksen "İnter"ə bu ilin yanvarında "Tottenhem"dən transfer olunub. 27 milyon avroya alınan orta xətt oyunçusu ilə PSJ maraqlanır. Milanlılar bu mövsüm qara-göy forma ilə 9 oyuna çıxan Kristianı 25 milyon avrodan aşağı qiymətə satmaq istəmir.
Fanat.Az