"Real" maliyyə problemlərinə görə PSJ-nin forvardı Kilian Mbappenin transferindən müvəqqəti əl çəksə də, klub rəhbərliyi gənc ulduzu gələcəkdə heyətə qatmağın digər yollarını arayır.
Fanat.Az "El Chiringuito TV"yə istinadən madridlilər qarşı tərəfə Eden Hazarı təklif etməyə də hazırdır. Tərəflər bu yöndə danışıqları davam etdirəcək.
Hazar "Real"a 2019-cu ilin yayında "Çelsi"dən transfer olunub. Belçika millisinin üzvünün transferi İspaniya nəhənginə 100 min avrodan baha başa gəlib. Bu mövsüm zədə üzündən cəmi 3 oyuna çıxan belçikalı "Real" formasıyla 1 qol vura bilib.
Fanat.Az