"Liverpul"un baş məşqçisi Yürgen Klopp bu mövsüm heyətə qatdıqları Dioqu Jotanı çoxdan izlədiyini deyib.
Fanat.Az xəbər verir ki, alman çalışdırıcı UEFA-nın saytına açıqlamasında belə danışıb:
"Düzü, Dioqu "Vulverhempton"da gördüyüm ilk oyunundaca xoşuma gəlmişdi. Əlbəttə, Jotanın özünün bundan xəbəri yox idi. Amma mən həmişə bilirdim ki, şans yaransa, onu "Liverpul"a gətirəcəm. Dioqu əla karyeraya malik oyunçudu. Texnikası qaydasındadır. Həm maraqlı və kreativ, həm də intizamlı oyunçudur".
Fanat.Az