Avropanın böyük klubları "Hoffenhaym"ın 18 yaşlı müdafiəçisi Melayro Boqard uğrunda mübarizəyə başlayıb.
Fanat.Az Sport.es-ə istinadən xəbər verir ki, "Barselona", "Real", "Mançester Siti" və "Milan" onu rənglərinə bağlamaq istəyir.
Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman daha çox canfəşanlıq edir. O, müdafiənin mərkəzi ilə yanaşı sağ cinahında da oynaya bilən həmyerlisini sərəncamında görmək istəyir. Niderlandlı çalışdırıcı zədəli Jerar Pikenin boş qoyduğu mövqeyin sahibini tapması üçün transferin yanvarda həyata keçirilməsinə çalışır.
Mənbə "Hoffenhaym"ın müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq Boqardı havayı buraxmamaq üçün qışda satmağa razı olduğunu açıqlayıb.
Fanat.Az