"Barselona" UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda səfərdə Macarıstanın "Ferentsvaroş" komandası ilə matça itkilərlə çıxacaq.
Fanat.Az xəbər verir ki, bu görüşdə qapıçı Mark-Andre ter Ştegen, yarımmüdafiəçi Filippe Koutinyu və kapitan Lionel Messinin iştirak etməyəcəyi bildirilir.
Baş məşqçi Ronald Kuman adları qeyd olunan 3 futbolçunu Budapeştə aparmayacaq. Niderlandlı çalışdırıcı oyunçulara istirahət verməli olduğunu düşünərək bu addımı atıb.
Qeyd edək ki, dekabrın 2-də keçiriləcək "Ferentsvaroş" - "Barselona" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Lionel Messi Ukraynada Kiyev "Dinamo"sunu 4:0 hesabı ilə məğlub etdikləri IV tur matçını da buraxmışdı.
Fanat.Az