"Mançester Siti" "Estudiantes"in 17 yaşlı hücumçusu Dario Sarmyento ilə anlaşmağa çox yaxındır.
Fanat.Az xəbər verir ki, jurnalist Fabritsio Romano "Twitter" hesabında İngiltərə təmsilçisinin özü və klubu ilə razılığa gəldiyini açıqlayıb.
Mənbəyə inansaq, "şəhərlilər" Argentina təmsilçisinə transfer haqqı olaraq 9 milyon avro ödəyəcək. Yaxın vaxtlarda imzalanması nəzərdə tutulan müqavilədəki bəndlərə əsasən gələcəkdə bu məbləğ 19 milyon avroya qədər arta bilər.
Sarmyento "Estudiantes"in öz yetirməsidir. Gənc ön xətt oyunçusu bu mövsüm Argentina çempionatında 4 oyuna çıxıb.
Fanat.Az