"Aton Villa" kapitanı Cek Qrilişə qiymət qoyub.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, rəhbərlik bir neçə böyük klubun diqqət mərkəzinə düşən 25 yaşlı Qrilişi 110 milyon avrodan ucuz satmaq niyyətində deyil.
Cek "Aston Villa"nın öz yetirməsidir. "Mançester Yunayted"in və "Mançester Siti"nin də istədiyi orta xətt oyunçusu bu mövsüm Premyer Liqada çıxdığı 9 oyunda 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az