PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının 5-ci turunda - komandasının "Mançester Yunayted"lə oyununda qalmaqalla yadda qalıb.
Fanat.Az xəbər verir ki, braziliyalı ulduz referinin fasilə fitinin ardından ayağını tapdalayan Skott Maktominayla gərgin anlar yaşayıb. Onu kürəyindən itələyən şotland futbolçuyla əlbəyaxa olmaq istəyən Neymarı digər oyunçular sakitləşdirib.
Qeyd edək ki, oyun qonaqların 1:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.Az