11:55 04.12.2020 794

Xarici bukmeykerlər azərbaycanlıların pulunu necə oğurlayır?

44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitdi.

Şanlı üçrəngli bayrağımız tezliklə işğaldan qurtulan bütün bölgələrdə dalğalanacaq və bir daha enməyəcək.

Amma ölkəmizi coğrafi mənada işğaldan qurtarsaq da, hələ də buralarda "at oynadan”, adamlarımızın cibinə girən, onlardan oğurladığı pulu güllə, mərmi şəklində əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın başına yağdıran "1xBet” və "Mostbet” kimi şirkətlərin əsarətindən çıxa bilmirik.

Bəlkə də çox sərt yanaşma oldu. Bu yazılar silsiləsini oxuyandan sonra mənim kimi düşünəcəyinizə əminəm.

1-ci yazı

Azərbaycanlıların pulunu necə oğurlayırlar?

Bu iki şirkətin fəaliyyəti ilk baxışdan sadə görünən, amma incəliklə işləyən fırıldaq mexanizmi üzərində qurulub. "1xBet” və "Mostbet” Azərbaycan ərazisində rəsmi qeydiyyatdan keçmiş şirkət kimi işləməmək, vergi ödəməmək üçün Cəbəllütariq, Cənubi Kipr, Kuraçao kimi ölkələrdə, ofşor zonalarda saxta, yəni əslində ofisi, işçisi, avadanlığı olmayan, amma kağız üzərində mövcud olan şirkətlər yaradırlar.

Beləliklə, lisenziyasız və vergi ödəmədən çalışan bukmeker kontorları qeyri-leqal, qanunsuz mərc oyunları təşkil etməklə külli miqdarda pul qazanırlar.

Bu şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçməsinin konkret səbəbləri var. Cəbəllütariq, Kuraçao, Malta, Cənubi Kipr kimi ofşor zonalarda qeydiyyatdan keçən bukmeker kontorları bu ölkələrin vergi qanunvericiliyindəki boşluqdan yararlanır, fəaliyyət dairəsini isə dünyanın bütün ölkələrinə yayırlar.

Beləliklə, adı çəkilən kontorlar dövlət nəzarətindən tam kənarda işləyirlər ki, bu da onların etibarsızlığına dair ən ciddi sübutdu. İkincisi, dövlət qarşısında heç bir məsuliyyət və öhdəlik hiss etməyən kontorlar müştərilərə ən geniş xidmətlər, o sıradan onlayn kazino da təklif edir.

Təbii ki, belə kazinoların işində əyləncəli oyunlarla bağlı hansısa qadağa yoxdu, yəni müştərilər intəhasız sonluğa qədər oynaya və uduza bilərlər. Ölkəsinin vergi orqanlarında problemlə üzləşən istənilən müştəri artıq kontorun yardımına bel bağlamamalı, günahı özündə axtarmalıdı.

Rusiya hələ də "1xBet”in yaradıcılarını axtarır

Konkret nümunə əsasında danışaq. "1xBet”in yaradıcıları Semioxin, Kazorin və Karşkov qeyri-qanuni yolla 63 milyard rubldan artıq pul qazanıb. Hər üçü Rusiya vətəndaşlığı ilə yanaşı, Kipr vətəndaşlığına da malikdi və hazırda beynəlxalq axtarışdadılar. Lisenziya almağı, vergiləri ödəməyi lazım bilməyən, yəni Azərbaycanın dövlət büdcəsinə qara qəpik də xeyir verməyən "1xBet” və "Mostbet”, təbii ki, belədə konkret oyunlar üçün əmsalları ölkəmizdəki qanuni mərc operatorları ilə müqayisədə bir qədər yüksəltmək imkanı qazanır. Düzdü, bunun da arxasında fırıldaq dayanır. Konkret nümunə əsasında göstərək. Məsələn, istifadəçiyə 100 manat "xoş gəldin” bonusu verirlər. Amma o bonusu 10 qat artığını almadan vermirlər. Yəni 100 manat bonus almaq istəyən adam 1000 manat yatırmalıdı. Həmin 100 manatla oynayırsan, 1000 manata yüksəlməyincə ala bilmirsən, təbii ki, yüzdə 99 halda da itirirsən o bonusu. Kəsəsi, "1xBet”in bonusunu sistemdə xərcləməlisən, xərcləmək üçün də öz cibindən pul yatırmalısan.

"Mostbet”lə bağlı durum isə bir qədər fərqlidi. Moskvada qanuni əsasda fəaliyyət göstərən şirkətin ofşor zonada qeydiyyatdan keçən adaşı da var. Tam fərqli hüquqi şəxsin, daha doğrusu, yunanların adına qeydiyyatdan keçiriblər, "1xBet” ilə yanaşı, bu şirkət də azərbaycanlıların pulunu xaricə daşımaqla məşğuldu.

Daha bir konkret fakt: "1xBet”in kazinosunun baş direktoru, yəni bütün fırıldaq mexanizmlərinin başında dayanan üç-beş adamdan biri Kipr ermənisi Kiriaki Kostikyandı. Kipr yunanlarının və ermənilərin Azərbaycana, azərbaycanlılara, ümumiyyətlə, türk dünyasına necə münasibət bəslədiyini söyləmək isə artıqdı. Bunu görə-görə gəlmişik, sonuncu – 44 günlük müharibənin gedişində də gördük! Belə çıxır ki, halal pulumuzu erməniyə, yunana yedizdirməklə özümüz də bilmədən növbəti faciələrimizi maliyyələşdirir, gələcəyimizin altına mina qoyuruq. Bəs külli miqdarda pulun fırıldaq sxemləri əsasında Azərbaycandan kənara çıxmasına niyə göz yumulur? Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, başqa dövlət qurumları hara baxır? Ümumiyyətlə, faciənin miqyasını təsəvvür edirlərmi? Adı çəkilən şirkətlər İngiltərədən hansı rüsvayçılıqla qovulub? Növbəti yazılarda bütün bu suallara cavab axtaracağıq.

Mənbə: "Futbol+" qəzeti
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X