"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 5-ci turunda LASK-la oyuna (3:3) çıxmayan Harri Keynin durumundan danışıb:
Fanat.Az xəbər verir ki, "Goal" portuqaliyalı çalışdırıcının söylədiklərini belə çatdırıb:
"Harrinin "Arsenal"la matça hazır olacağını düşünürəm. Əlbəttə, bled edə, zədəsinin ciddi olduğunu açıqlaya bilərdim. Ancaq bu, belə deyil. Keyn böyük ehtimalla, oynayacaq"
İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində reallaşacaq "Tottenhem" - "Arsenal" görüşü dekabrın 6-da keçiriləcək. "Liverpul"u əlavə göstəricilərə görə qabaqlayan hotspurlular 21 xalla turnir cədvəlinin lideridirsə, 13 xala malik "topçular" 14-cü sıradadır.
Fanat.Az