Almaniya Bundesliqasında 2021/22 mövsümünün başlama vaxtı açıqlanıb.
Fanat.Az Almaniya Futbol Liqasının (DFL) rəsmi saytına istinadən xəbər verir ki, mövsümün ilk turunun oyunlar 2021-ci ilin 13-15 avqustda keçiriləcək.
Yeni mövsümün ilkin təqvimi Almaniya Futbol İttifaqının (DFL) rəyasət heyəti tərəfindən bu gün təsdiqlənib.
Bundesliqada qış fasiləsi isə dekabrın 19-da başlayacaq və yanvarın 7-dək davam edəcək. Ölkə çempionatı mayın 14-də başa çatacaq.